060 204 00 53 / 036 544 59 30

Naxçıvan şəhəri Nağı Əliyev küç. 1

Menu

Grand Hotel Naxçıvan şəhərinin mərkəzində yerləşir. Hava limanına 4 km, avtovağzala 2.9 km məsafədə yerləşən Grand otel, aktiv həyat tərzi yaşayanlar üçündür. Şəhərin əsas görməli yerlərini ziyarət etmək istəyən, qısa müddətli işgüzar səfərə gələn qonaqlar üçün əla seçimdir.

Bina zirzəmi ilə birlikdə 6 mərtəbəlidir. 3 ulduz kateqoriyası almışdır. 32 nömrəsi var. 84 yerlikdir. Nömrələrdən 3-ü süit (suite), 9-u 2 nəfərlik (double room), 20-i 3 nəfərlik (multible bedded room) nömrələrdir. Otaqlar yüksək sürətli fiber internet xətti ilə təmin edilib. Mehmanxanada müştərilərin istirahəti üçün hər cür şərait yaradılıb.

Oteldə həmçinin restoran, bar və geniş lobbi mövcuddur.

GRAND HOTEL OTAQLARI

Oteldə qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və s. xidmətlər göstərilir. 1-ci mərtəbədə 60 nəfərlik restoran, zirzəmi hissəsində 40 nəfərlik kafe-bar və həyətyanı hissədə yay ayları üçün açıq havada restoran fəaliyyət göstərir. Binanın həyətində isə pulsuz avtomobil dayanacağı və 24 saat təhlükəsizlik xidməti var.

Əsabu-kəhf dini ziyarətgahına transfer pulsuzdur.

Otelin yaxınlığında “Chefm” fastfood, “Chocha” şokalad evi, “Köşəbaşı” türk restoranı, “Jasmine” asiya mətbəxi, ”Batumi” gürcü mətbəxi, “VR “game, “Cinemaplus”, “Mini-mini” uşaq əyləncə yeri, uşaq və böyüklər üçün geyim mağazaları, avto-servis, banklar və klinika mövcuddur

GRAND HOTEL OTAQLARI
Facebook Twitter Google+ Pinterest
×

Log in